Kopirayter

İş Barədə Məlumat

Komandamıza hekayələr və reklam konseptləri yarada biləcək istedadlı kopirayter axtarılır. Əsas vəzifəniz kommunikasiya konseptinin yaradılması olacaqdır. Partnyorlarımıza effektiv həll yollarının təklif olunması üçün digər marketinq mütəxəssisləri ilə birgə çalışacaqsınız. Kreativlik və yazılı kommunikasiya bacırığının olması vacibdir.

Öhdəliklər

  • Kontentin yaradılması (uzun və qısa hekayələr, başlıqlar, adlandırma və s.)
  • Aydın şəkildə yazmaq və yazıların müxtəlif media kanallarına uyğunlaşdırılması
  • Kreativ mütəxəssislərlə birgə çalışaraq marketinq kampaniyaların yaradılması
  • Mətnin üzərində düzəlişlərin olunması
  • Şəkil və digər kontent ideyaların təklif olunması

Tələblər

  • Kopirayter kimi təsdiq olunmuş təcrübə
  • Azərbaycan dilini mükəmməl bilmək (İngilis dili biliyi əlavə üstünlük təşkil edəcək)
  • Mükəmməl yazmaq, düzəlişlər etmək bacarığı
  • Aidiyyatı üzrə təhsil və ya dərəcə üstünlük təşkil edəcək

Bacarıqlar

  • Yüksək araşdırma bacarığı
  • Mükəmməl yazmaq və kommunikasiya bacarığı
  • Mətnlərin başqa dillərdən Azərbaycan dilinə apadtasiyası
  • Müxtəlif proyektlərin idarə olunmasında komanda ilə birgə çalışmaq bacarığı
  • Microsoft Office Suite biliyi

Niyə Morpho?

Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.

Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.

Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.