Dijital Marketinq Mütəxəssisi

İş Barədə Məlumat

Komandamıza bütün dijital kanallar üzrə dijital marketinq kampaniyalarının yaradılması, nəzarət olunması və tətbiq olunmasını icra edən dijital marketinq mütəxəssisi axtarılır. Dijital marketinq mütəxəssinin əsas vəzifəsi müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərin dijital platformalarda effektivliyini artırmaq olacaq. Siz ödənişli və orqanik dijital kanalların imkan və funksionallıqlarındna istifadə edərək, dijital məhsulları optimallaşdıracaq və maksimum nəticə almağa çalışacaqsınız.

Öhdəliklər

  • Bizneslərin dijital marketinq strategiyalarının hazırlanması
  • Sosial media marketinqi və kontent marketinqi layihələrinin kurasiyası və menecmenti
  • Facebook & Instagram Ads, Google Search Ads, Google Display Ads, Linkedin Ads, və digər platformalar üzərindən reklamların idarə olunması
  • A/B testlərin və reklam eksperimentlərinin aparılması
  • SEO və SEM layihələrinin kurasiyası və idarə olunması
  • Rutin və bir dəfəlik dijital marketinq hesabatlarının hazırlanması
  • Google Analytics, Facebook Pixels, Yandex Metrica, Google Search Console, Yandex Webmasters, Bing Webmasters və başqa alətlərdən istifadə edərək dijital analitikanın aparılması və hesabatların hazırlanması
  • Modern texnologiyadan və yeni dijital əlatlərdən istifadə edərək rəqabətdən öndə olmaq və partnyorların işlərinə dəyər qatmaq
  • CMS və digər alətlərdən istifadə edərək sayta nəzarət və düzəlişləri həyata keçirmək

Tələblər

  • Marketinq və ya başqa biznes sahələrində təhsil
  • 1 ildən artıq dijital marketinq (və ya sosial media marketinq) təcrübəsi
  • SEO biliyi və təcrübəsi
  • Sosial media marketinq (Instagram, Facebook, Linkedin, YouTube, və s.) təcrübəsi
  • Dijital reklamlar haqqında (Google Ads, Facebook Ads) bilik və təcrübə
  • Dijital analitika (Google Analytics, Facebook Pixels) bilik və təcrübəsi
  • İngilis dili biliyi (minimum texniki səviyyədə)

Bacarıqlar

  • CRM və sosial CRM haqqında anlayışın olması üstünlükdür
  • WordPress təcrübəsi üstünlükdür
  • Komanda mühitində və müstəqil iş görmək bacarığı
  • Biznesin tələblərini anlama bacarığı
  • Yaranan çətinlikləri aradan qaldırmaqda yaradıcı və analitik düşüncəyə sahib olmaq
  • Mükəmməl yazılı və şifahi kommunikasiya bacarığı ilə yanaşı təqdimat bacarığı
  • Yüksək səviyyədə Microsoft Office istifadə bacarığı

Niyə Morpho?

Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.

Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.

Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.