Full Stack Developer Intern

İş Barədə Məlumat

Komandamıza öyrənməyə və təcrübə toplamağa həvəsli, real bizneslər üçün veb və mobil tətbiq kodlaşdıracaq gənc və dinamik təcrübəçi axtarılır. Geniş təcrübəyə malik, müxtəlif kateqoriyada veb və mobil tətbiq kodlaşdırmağa fokuslanan komandaya qoşulmaq şansınız var. Texnologiya sahəsində bilikli lakin az təcrübəsi olan gənclər üçün mükəmməl fürsətidir.

Öhdəliklər

  • Bütün proses və keyfiyyət parametrlərinə cavab verdiyindən əmin olmaq
  • Front end və Back end işlərində rahatlıq çalışa bilmək
  • Mövcud UX və dizayn prototip, telefrom və stil kimi dizayn məhsullarının fəaliyyət olan kodlaşdırmaya tətbiq olunması
  • Creates self-documenting designs and/or clearly communicates intent via comments in code, and on specifications
  • Veb proyektlərin və əlavələrin yaradılması üçün Content Management Systemdə çalışmaq
  • Mobil cihazlarda əsasə götürülərək bir neçə platformada səhifələrin funksiyonallığından əmin olmaq
  • İşin vaxtında yekunlaşması üçün komanda və sifarişçi ilə yaxından çalışmaq
  • Komanda ilə sıx əməkdaşlıq üçün proyektin və ya tapşırığın idarə olunması alətlərindən istifadə etmək
  • SEO qanunlarının tətbiq olunması və texniki çətinliklərin aradan qaldırılması
  • Təyin olunan başqa öhdəliklər

Tələblər

  • İngilis dili biliyi (minimum texniki səviyyədə)
  • Komputer elmi, proqram və ya oxşar sahələr üzrə təhsil
  • Front end və back end biliyi
  • UI, müxtəlif brauzerlərə uyğunluq, və ümumi veb funskiyaları və standartları haqqında anlayış
  • Yüksək kommunikasiya bacarığı və müştərilərlə sərbəst görüşmək üçün müstəqil qərar vermə bacarığı

Bacarıqlar

  • PHP, .NET, JAVA, Javascript, Python dilləri haqqında bilik
  • Node.js, Angular.js, React.js, Vue.js çərçivələri haqqında bilik
  • HTML and CSS-də tətbiqlərin və veb səhifəlrin kodlaşdırılması haqqında bilik
  • Dizayn etmək, data bazasını yaratmaq və server və ya tətbiq məntiqlərinin quraşdırılmasına maraq
  • Biznes tələblərini anlayaraq onları texniki tələblərə çevirmək bacarığı
  • İşi öyrənmək, yaranan çətinlikləri aktiv şəkildə aradan qaldırmaq və araşdırma bacarığı olmalıdır
  • Sketch, Adobe XD, Photoshop və ya başqa dizayn proqramları haqqında anlayış
  • Mükəmməl yazmaq və kommunikasiya bacarığı
  • Yaranan çətinlikləri aradan qaldırmaqda yaradıcı və analitik düşüncəyə sahib olmaq

Niyə Morpho?

Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.

Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.

Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.