Full Stack Developer

İş Barədə Məlumat

Komandamıza front end və back end proqramlaşdırma bacarığı olan Full Stack Developer axtarılır. Full Stack Developerlər veb saytların front end və back end kodlaşdırılmasından cavabdeh olmaqla yanaşı, veb saytların mobil responsivliyini təmin etməli, digər proqramçılarla və qrafik dizaynerlərlə birgə çalışmalıdır.

Öhdəliklər

  • Veb saytların back-end və front-end kodlaşdırılmasını həyata keçirmək
  • Veb saytların server və bazalarını quraşdırmaq
  • Veb saytların mobil responsivliyini təmin etmək
  • RESTful (yaxud digər API) istifadə etmək
  • Kodlaşdırmada izahlardan və dokumentasiyadan istifadə etmək
  • Kod performansını artırmaq üçün optimizasiya etmək
  • Aşkarlanmış “bug”ları aradan qaldırmaq
  • Məlumat təhlükəsizliyini təmin etmək
  • Ünsiyyət və layihə idarə olunması üçün alətlərdən istifadə etmək
  • SEO qaydalarına uyğun kodlaşdırmaq

Tələblər

  • Komputer elmi, proqram və ya oxşar sahələr üzrə dərəcə
  • 1 ildən artıq MVC modeli və mobil uyğunlaşdırılmış veb sayt dizaynı təcrübəsi
  • Yüksək PHP, Python, Ruby, Java yaxud .Net təcrübəsi
  • Yüksək MySQL, PostgreSQL, Oracle, yaxud MongoDB təcrübəsi
  • Veb texnologiyalarında təcrübə (HTML5, CSS3, Ajax, jQuery, Angular, VueJs)
  • Node.Js, React.Js biliyi
  • Yüksək alqoritm bilikləri və problem həll etmə bacarığı
  • Yüksək təşkilatçılıq və idarəetmə bacarığı
  • Yüksək ingilis dili biliyi

Bacarıqlar

  • Biznes tələblərini anlayaraq onları texniki tələblərə çevirmək bacarığı
  • Sketch, Adobe XD, Photoshop və ya başqa dizayn proqramları haqqında anlayış
  • GIT yaxud digər versiyalaşdırmalarla təcrübə
  • Yaranan çətinlikləri aradan qaldırmaqda yaradıcı və analitik düşüncəyə sahib olmaq
  • Mükəmməl yazılı və şifahi kommunikasiya bacarığı ilə yanaşı təqdimat bacarığı

Niyə Morpho?

Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.

Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.

Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.