Qrafik Dizayner

İş Barədə Məlumat

Komandamıza loqo və brendinq, kontent və kampaniya, dizayn və yerləşmə yaradacaq, müxtəlif növ broşur, flayer və başqa çap materiallarının istehsalını koordinasiya edəcək və rəqəmsal platformalar üçün dizayn edəcək istedadlı dizayner axtarılır.

Öhdəliklər

  • Verilən tapşırıqları kreativ və marketinq komandası ilə birgə çalışaraq təyin olunmuş vaxt ərzində tamamlamaq.
  • Loqolar, brend və brend standartları yaratmaq
  • Müştərinin brend kimliyinin müxtəlif platformalara impelemntasiyası
  • Kommunikasiya konseptinin və təqdimatın yaradılması
  • Tədbirlər üçün brendinq və konseptin yaradılması
  • Komanda ilə birgə çalışaraq kontentin brend satndartlarına cavab verdiyindən əmin olunması
  • Veb və mobil proyektlər üçün UI/UX dizaynının yaradılması
  • Sosial media, rəqəmsal reklamlar (Facebook Ads, Instagram Ads, Google Ads), veb sayt, çap materialları, çöl reklamları və s. üçün dizaynın yaradılması
  • Komanda ilə sıx əməkdaşlıq üçün proyektin və ya tapşırığın idarə olunması alətlərindən istifadə etmək
  • Yüksək standartlara uyğunlaşmaq və mükəmməl iş təqdim etmək
  • Vaxt məhdudiyyəti olan bir neçə proyekti eyni anda idarə etmək

Tələblər

  • Kreativ və detallara diqqətli olmaq
  • Adobe Creative Suite proqramının mükəmməl bilmək
  • Dizayn və incəsənətdə 1 ildən artıq təcrübə
  • Brendin yaradılmadı və marketinq kampaniyası haqqında anlayışı olmaq
  • Dizayn, fotoqraflıq, tipoqrafiya haqqında yüksək kreativ instinktə sahib olmaq
  • İngili dilini bilmək (Minimum texniki səviyyədə)

Bacarıqlar

  • Animasiya, illustrasiya, foto və video hazırlanmasında təcrübə
  • After Effects təcrübəsi böyük üstünlük təşkil edəcək
  • Digər departamentlərlə birgə çalışmaq bacarığı
  • Biznesin tələblərini anlamaq
  • Yüksək təşkilatçılıq və vaxtın dəyərləndirilməsi bacarığı
  • Mükəmməl yazılı və şifahi kommunikasiya bacarığı ilə yanaşı təqdimat bacarığı
  • Microsoft Office biliyi

Niyə Morpho?

Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.

Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.

Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.