Brendinq

Brendin adlandırılması

Loqonun hazırlanması

Loqo sistemi

Brend personası

Brend elementləri

Dəftərxana materialları

Brend kitabçası

Tədbir brendinqi

Hər şey brenddən başlayır. Şirkətlər brendlərini və şəxsi kimliklərini düzgün inşa etməklə əslində gələcəkdəki biznes uğurlarını sığortalamış olurlar. Şirkətinizin məhsul və xidmətlərini, dəyərlərini, müştərilərinizin gözləntilərini, ən əsası sizi digərlərindən və rəqiblərinizdən fərqləndirən brend kimliyinizi əks etdirən brendinq işi uğurlu başlanğıcdır.

Şirkətin loqosu, loqo sistemi, brend elementləri, bu və digər bütün məqamlarla bağlı brend qaydlarını özündə cəmləyən brend kitabçasının hazırlanması üçün Morpho təcrübəsi daim yanınızdadır.

Dizayn

Qrafik dizayn

Broşurlar

Kataloqlar

Promo əşyalar

Tədbirlər və sərgilər

Qablaşdırma və etiket

Video və animasiyalar

Sizin ehtiyacınıza uyğun demək olar ki, hər şey dizayn edirik. Nəyə ehtiyacınız var? Qrafik dizayn, broşur, kataloq, poster, kalendar, məhsul, qablaşdırma, etiket, promo materiallar, korporativ hədiyyələr, çöl reklamları, qrafik animasiyalar, prezentasiyalar (təqdimatlar) və s.

Korporativ şirkət dizaynlarından tutmuş, ildə bir dəfə keçirilən tədbirlərə qədər, uzun müddətli kommunikasiya işlərindən tutmuş, sərgi və ya qısa müddətli kampaniyalara qədər hər cür dizayn işlərində təcrübə və istedadımızla sizə dəyər yarada bilərik.

Kreativ komandamız istənilən yaradıcı iş barədə çox həyəcanlıdır. Bu həyəcanı ən xırda işdən, makro səviyyəli işə qədər bütün işlərin ən xırda incəliyində belə hiss edə bilərsiniz.

Tədbir təşkilatçılığı

Korporativ tədbirlər

Açılış tədbirləri

Forum və seminarlar

İdman tədbirləri

Tədbir konsepti

Büdcə və planlaşdırma

Tədbirin icrası

Komanda idarəçiliyi

Fərdi və korporativ tədbirlərin təşkilatçılığında peşəkar yanaşmaya üstünlük vermək əziyyət çəkmədən tədbirlərin zövqünü çıxarmağa kömək etməklə yanaşı həm də bu əlamətdar günləri unudulmaz edir. İrimiqyaslı və qlobal tədbirlərin keçirilməsi təcrübəsinə malik komandamız tədbirlərin sıfırdan planlaşdırılması, büdcədən effektiv istifadənin təmin olunması, tədbirin yaradıcı şəkildə təşkili və mediada işıqlandırması xidmətini təklif edir.

Veb dizayn

UI dizaynı

Veb kodlaşdırılması

SEO standartları

Mobil uyğunlaşdırma

E-commerce özəllikləri

Veb analitika

Mütəmadi baxım

Kontent hazırlanması

Müasir biznes dünyasında veb saytı olmaq nə qədər zəruridirsə, veb saytın daim yenilənməsi və müasir standartlara cavab verməsi də bir o qədər zəruridir. Biz partnyorlarımızın ümumi biznes proseslərini anlayaraq onlara ümumi işlərində fayda yarada biləcək, satış və kommunikasiya kanalı kimi istifadə oluna biləcək veb sayt hazırlayırıq.

Veb saytın istifadəçi gözləntilərinə və təcrübəsinə cavab verməsi, mobil cihazlara uyğunlaşdırılması, axtarış zamanı yüksək reytinqə malik olması, yüksək performansa malik olmasına xüsusi diqqət ayırırıq. Bu özəlliklərlə gözoxşayan saytınız sizi rəqiblərdən bir addım önə çıxaracaq.

Mobil tətbiq

UI dizaynı

iOS tətbiqlər

Android tətbiqlər

E-commerce özəllikləri

App analitika

Mütəmadi baxım

Araşdırmalar göstərir ki, müasir internet istifadəçilərinin yarısından çoxu mobil istifadəçisidir və saytlara mobil cihazlar vasitəsilə daxil olur. Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mobil telefonlarda mövcud olmaq və mobil telefon istifadəçilərinə ən effektiv şəkildə xidmət göstərmək üçün mobil tətbiqlərin və mobil proqramların tərtib olunması zəruridir. Komandamız müştərilərə holistik olaraq mobil tətbiqlərin yaradılması və idarə olunması xidmətini təklif edir.

Search Engine Optimization

SEO diaqnostika

SEO strategiyası

Veb saytın optimizasiyası

Açar söz reytinqi

Analitika

Mütəmadi baxım

Onlayn axtarış etmək (Google, Yandex, Bing və s.) gündəlik həyat tərzimizə çevrilib. Elə gün olmur ki, nəsə axtarmayaq. Həm də araşdırmalar onu göstərir ki, axtarışların satışa çevrilmə ehtimalı yüksəkdir.

İnsanlar əsasən nəsə öyrənmək, harasa getmək, nəsə etmək, yaxud nəsə almaq məqsədilə axtarış edir. Veb saytınızın hər dörd funksiya üzrə dəyər yaratmağını, strateji açar sözlərdə yüksək reytinq qazanaraq axtarışlarda üst pillə axtarış nəticələri arasında yer almağını təmin edirik.

Bunun üçün veb saytınızı diaqnostika etdikdən və bazarı təhlil etdikdən sonra strategiya hazırlayırıq. Bu strategiyaya uyğun veb saytınızı texniki və kontent cəhətdən optimizasiya edərək axtarışın brendinizə dəyər qatmağına kömək edirik.

Sosial Media Marketinqi

Kontent strategiyası

Kontent hazırlanması

Foto və video çəkiliş

Cavablandırma

Sosial media planlaması

Hesabların idarə olunması

Sosial media reklamları

Sosial CRM

Onlayn axtarış etmək (Google, Yandex, Bing və s.) gündəlik həyat tərzimizə çevrilib. Elə gün olmur ki, nəsə axtarmayaq. Həm də araşdırmalar onu göstərir ki, axtarışların satışa çevrilmə ehtimalı yüksəkdir.

İnsanlar əsasən nəsə öyrənmək, harasa getmək, nəsə etmək, yaxud nəsə almaq məqsədilə axtarış edir. Veb saytınızın hər dörd funksiya üzrə dəyər yaratmağını, strateji açar sözlərdə yüksək reytinq qazanaraq axtarışlarda üst pillə axtarış nəticələri arasında yer almağını təmin edirik.

Bunun üçün veb saytınızı diaqnostika etdikdən və bazarı təhlil etdikdən sonra strategiya hazırlayırıq. Bu strategiyaya uyğun veb saytınızı texniki və kontent cəhətdən optimizasiya edərək axtarışın brendinizə dəyər qatmağına kömək edirik.

DİGƏR XİDMƏTLƏR
Reklam

ATL və BTL reklamlarınızı həyata keçirmək, düzgün media plan hazırlamaq və media pleysment həyata keçirmək üçün partnyorunuz olmağa hazırıq. Reklam büdcənizi planlayaraq və nəticələri ölçərək sizə effektiv həllərlə dəyər qata biləcəyimizdən əminik.

Məhsul dizaynı

Yeni məhsul ideyanızı reallaşdırmaq yaxud mövcud məhsulunuzun dizaynını təkmilləşdirmək istəyirsiniz? Kreativ komandamız mövcud bazarı və müştəri gözləntilərini araşdırmaqla, müasir və futuristik dizayn təcrübəsindən istifadə edərək birbaşa brendə dəyər qatan və “özü satılan” məhsul dizaynı təklif edir.

Konsaltinq və kouçinq

Bəzən şirkətimizə kənardan baxış və dəstək lazım olur. Biz sadəcə sizin üçün problemləri və fürsətlərə uyğun məsləhət verməklə qalmırıq, həm də təkliflərin icra olunmasında kouçinq xidməti göstərərək sizə yol yoldaşı oluruq.

Dijital marketinq

Partnyorlarımızın dijital marketinq strategiyasını hazırlamaqla yetinmirik. Biz sizə strategiyanın icra olunmasında mütəmadi dəstək göstərir, dijital kanalların həm satışda, həm də kommunikasiyada effektiv istifadə olunması üçün dəstək oluruq. Google Search, GDN, PPC, CPM, CPV, CPP, sosial media reklamları üçün büdcə hazırlayır və icrasını da öz üzərimizə götürürük.

Kontent marketinqi

İstər dijital, istərsə də ənənəvi marketinq kanallarında uğurun yarısı keyfiyyətli kontentdən asılıdır. Düzgün kontentin hazırlanması əslində sizin kommunikasiya əsnasında daha az büdcə ilə daha çox nəticə əldə etməyinizə kömək edir. Effektiv kontent sizə “orqanik” nəticələr gətirməklə yanaşı, həm də kommunikasiyanızın təsir gücünü artırır və təsirin ömrünü uzadır.

Xüsusi istəyiniz var?

Əgər xüsusi istəyiniz varsa elə indi bizimlə əlaqə saxlaya bilərsiniz. Qısa müddətdə sizinlə görüşmək və şirkətinizə dəyər qatmaq üçün həyəcanlanırıq.