Holistik rəqəmsal və biznes xidmətləri

Agentliyimiz müasir texnologiyalardan istifadə edərək həm rəqəmsal, həm də biznes xidmətləri göstərərkən “holistik” yanaşma izləyir.

Bizi tanıyın

Müştərilərimizə fərdi yanaşma

“Morpho” şirkəti öz müştərilərinə fərdi yanaşır və hər bir müştərinin xüsusi ehtiyaclarına müvafiq unikal və holistik xidmət təklif edir.

Yüksək peşəkarlardan ibarət “Morpho” komandası biznesi uğura aparan əsas istiqamətlər üzrə xidmət göstərir və eyni zamanda müştərilərinə ehtiyac olduğu hallarda kataloqda qeyd olunmamış zəruri biznes fəaliyyətləri üzrə də spesifik xidmətlər təqdim edir.

Tanış olun
Fərdilik

Komandamız hər bir müştəriyə fərdi yanaşma sərgiləyir və tamamilə yeni metodlarla müştərilərin problemlərini həll edir. Bu da öz növbəsində müştərilərimizin unikallığını qorumağa imkan verir.

Nəticə yönümlülük

“Morpho” şirkətinin əsas məqsədi müştərilərin problemlərinə effektiv həll yolu təqdim etməkdir. Bunu etmək üçün komanda olaraq əsas konsepsiyamız problemlərə nəticə yönümlü yanaşma ilə çıxış etməkdir.

Holistik yanaşma

“Morpho” komandası müştərilərə marketinq, piar, kommunikasiya və biznes sahəsində bütün ehtiyacları qarşılamaq məqsədilə “holistik” yanaşma sərgiləyir.

Diqqət

Hər bir müştəriyə və ehtiyaca fərdi yanaşma mühüm olduğu kimi, hər bir vəziyyətin detalına diqqət ayırmaq da mühümdür. Həll yolları bəzən ən kiçik detallarda gizli ola bilər.

Əlavə dəyər

Hər bir müştəriyə partnyor kimi yanaşır və əməkdaşlığımız əsnasında şirkətlərə əlavə dəyər qatmağı hədəfləyirik. Müştərilərin ödənişləri qarşılığında ədalətli xidmət və dəyər təklifi müştəri məmnuniyyətinə yol açır.

İnsan

“Morpho” şirkətinin ən mühüm dəyəri insandır. Komandamızın hər bir fərdi unikal vəziyyətlərdə müxtəlif yönlərdən yanaşaraq nəticəyə öz töhfəsini verir. Komandamız hər zaman birliyini və gücünü partnyorlarımıza ötürə bilir.

Yüksək standartlarda
tədbirlərin təşkil olunması

Rəqəmsal Marketinqdə Qlobal Təcrübə

Rəqəmsal Marketinq dedikdə əsasən sosial media menecmenti, kontent yaradıcılığı, axtarış sistemlərinin optimallaşdırılması və menecmenti, internet reklamlarının menecmenti, internet hesabatları və analitika başa düşülür.

Komandamız Rəqəmsal Marketinq fəaliyyətini həyata keçirərkən əsasən holistik yanaşmaya üstünlük verir. Bütün istiqamətləri, təciredici parametrləri nəzərə alaraq keyfiyyətli kontent yaradıcılığına və rəqəmsal vasitələrin effektiv istifadəsinə diqqət ayırır. Fəaliyyət zamanı analitik yanaşma, hesablana bilən hədəflərin təyin olunması, lokal və qlobal trendlərin izlənilməsi kampaniyalarımızı daha da təsirli edir.

a
a

Search Engine Optimization (SEO)

İnternet axtarışı zamanı müştərilərinizin yaxud potensial müştərilərinizin qarşısında olmaq çox mühümdür. İstər mövcud müştərilərinizin loyallığını artırmaq, istərsə də yeni müştəriləri cəlb etmək üçün axtarış imkanları və SEO (Search Engine Optimization) əvəzolunmaz vasitədir.

İnsanlar əsasən “bilmək”, “etmək”, “getmək” və “almaq” istədikləri anlarda axtarış sistemlərindən istifadə edirlər. Bu anlarda potensial müştərilərinizin qarşısına çıxmaq, onlara lazım olan dəyəri onlara çatdırmaq üçün keyfiyyətli kontent istehsal etmək, bu kontenti zəruri açar sözlərlə və axtarış sistemlərinin tələblərinə uyğun şəkildə çatdırmaq zəruridir. Bu işdə peşəkar və təcrübəli komandamız sizə kömək edə bilər.

90
İnternet marketinqi

Müasir internet marketinqinin imkanlarını təklif edirik

85
Web & App dizayn

Komandamız son texnologiyalardan istifadə edir

95
Brendinq

Komandamız sizə yaradıcı və keyfiyyətli həll təklif edir

90
Tədbir təşkilatçılığı

İrimiqyaslı idman və korporativ tədbirlərin təşkili - menecmenti

Shop.az – onlayn ticarət mərkəzi

Shop.az – onlayn ticarət mərkəzi müştəriləri dünyanın sevimli brendləri ilə görüşdürür. Ənənəvi alış-veriş təcrübəsini internet istifadəçilərinə təqdim edən Shop.az şəhərin məşhur mağazalarının məhsullarını və endirimlərini tanıdaraq öz unikallığı ilə seçilir. Onlayn alış-veriş imkanı ilə müştərilərin vaxtlarına qənaət edirlər. Morpho komandası Shop.az veb saytının SEO imkanlarından effektiv şəkildə istifadəsini təmin etmişdir.
Keyslə tanış olun

Son yeniliklərdən xəbər tutun

Son işlərimizdən və şirkətimizdə baş verən yeniliklərdən xəbər tutun. Həmçinin komandamızın üzvləri öz sahələri ilə bağlı bildiklərini və faydalı məlumatları sizinlə paylaşır.

    BİZİMLƏ DANIŞMAQ YAXUD GÖRÜŞMƏK İSTƏRDİNİZ?

    Bizi yaxından tanımaq istəyirsinizsə biz çoxdan hazırıq. Sizə necə dəyər qatacağımıza birlikdə qərar verə bilərik. Əlaqə saxlaya biləcəyimiz məlumatları qeyd edin və ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.