Back

“Macintosh” 36 yaşındadır

Bu gün, fərdi kompüter dünyasında özünməxsus yer tutan “Macintosh” -un doğum günüdür.
Bəs “Macintosh” necə yarandı? Dijital dünyada çox ciddi tendensiyalara səbəb olan bu sistem ortaya necə çıxdı?

“Macintosh” -un yaradılması və bazara çıxarılma prosesi çox çətin oldu. Çünki şirkət daxilində iki proyekt  qrupu var idi: “Macintosh və Lisa”
Bu qruplar arasında müəyyən qarşıdurmalar yaranmışdı.  Uzunmüddətli çəkişmələrdən sonra “Macintosh” lahiyəsi “Lisa” -dan fərqli olaraq daha ucuz və icraetmə qabliyyəti  daha yüksək  olduğu üçün yoluna davam edə bildi.

Xüsusiyyətləri

8MHz prosessoru və 9 düymlük ekrana sahib olan bu kompüter 3,5 düymlük disket və 128kb yaddaşa sahib idi.
“Macintosh”-un ən vacib xüsusiyyəti isə qrafik interfeysi və həmçinin o dövr üçün iki inqilabi tətbiq sayılan MacPaint və MacWrite mətn prosessoru oldu.
2495 dollar qiymətə alınan cihazın uzunluğu 14 düym, çəkisi 7.5 kiloqram idi, lakin əlavə korpusa (case) yerləşdirildikdə  çəkisi 10 kq-a qədər artırdı.

Və həmin an…
çıxış edir,
“Holistik” kompüter

https://www.youtube.com/embed/axSnW-ygU5gSteve Wozniak və Steve Jobs-un birlikdə ortaya çıxardığı bu möhtəşəm layihə ilk dəfə 1984-cü il 24 Yanvar tarixində dünyaya tanıdılır.https://www.youtube.com/embed/2B-XwPjn9YYHəmin tarixdən sonra kompüter istifadəçiləri texnologiya dünyasına rəngli, yığcam və cazibədar bir addım atmış oldu.