Dünyanın bütün rənglərini bir araya gətirən Pantone İnstitutu hər il olduğu kimi bu  il də 2020-ci ilin rəngini təyin etdi. Pantone İnstitutuna görə 2020-ci ilin rəngi “Klassik mavi”-dir (kataloqda kodu PANTONE 19-4052).

 

 

Gün batımı zamanı səmanın rənginə bənzəyən, zərifliyi və sadəliyi ilə fərqlənən, sadə və eleqant bir rəng…

Konsentrasiya olmağımızı  asanlaşdıran və zehnimizə aydınlıq gətirən bu rəng düşüncələrimiz ilə daha sıx əlaqədə olmağımızı təmin edir.

Sakitliyi və özünə inamı əks etdirən Klassik Mavi, yeni dövrdə möhkəm və etibarlı bir bünövrə görmək istəyimizi də əks etdirir.

Pantone Rəng İnstitutu baş direktoru Leatrice Eiseman mövzu ilə əlaqədar etdiyi şərhdə belə deyib:

“Son zamanlar bütün dünyaya baxdığımız zaman daim gərgin və  narahatıq. Yaşadığımız bu günlərdə özümüzü təhlükədə hiss etdiyimizi bilirik. Mavinin sakitliyin  rəmzi olduğunu bilirik. Buna görə Klassik Mavi bizim üçün ideal seçim oldu”.

 

 

İndi isə Mavi rəngin marketinq və satış zamanı hansı rol oynadığını sizin üçün sıralayaq:

  • Kişilər tərəfindən üstünlük verilir
  • Etibarlılıq ilə əlaqələndirilir
  • Təhlükəsizlik hissi verir və markaya inamı artırır
  • İştahı bərpa edir və məhsuldarlığı artırır
  • Ofislərdə və ənənəvi korporativ markalarda ən çox istifadə olunan rəngdir
  • Sakitləşdirici rəng olaraq bilinir

Morpho və Mavi

Bizə isə bu rəng çox doğma gəldi. Fəaliyyətimizə başladığımız gündən bu günə qədər korporativ rəngimiz olan Mavi rəngi 2020-də də bizimlə olacaq.

Pantone Klassik Mavi ilə Morpho Mavisinin mükəmməl vəhdətinə 2020-də bir daha əmin olacaqsınız.

Artıq həm də bizim təqdimatımız ilə klassik Mavini 2020-ci ildə reklam dünyasından moda dünyasına qədər hər yerdə yansımalarını görməyə hazır olun.

 

Türkan Hacıyeva